EN

Tramp administrasiyada əlavə dəyişikliklər etməyi düşünür - KİV

ABŞ Prezidenti Donald Tramp administrasiyasının əsas vəzifəli şəxsləri arasında əlavə kadr dəyişikliklərini nəzərdən keçirir.

Missiya.Az xəbər verir ki, bu barədə Amerikanın "Politico" qəzeti məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, prezident xüsusilə Ticarət naziri Hovard Lutnik və Əmək naziri Lori Çavez-Derimerin fəaliyyətindən narazıdır. Mənbələrin bildirdiyinə görə, Tramp "Latnik və Çavez-Derimerdən narazılığını ifadə edib və əlavə kabinet dəyişikliklərini düşünür".

Administrasiya mənbələrindən biri bildirib ki, prezident "çox qəzəblidir və kadr dəyişiklikləri etmək niyyətindədir". Lakin hələlik heç bir rəsmi qərar verilməyib. Mənbələr əlavə ediblər ki, kadr dəyişikliyi "gözləntiləri doğrultmayan və ya mənfi diqqət çəkən" nazirlərə təsir edə bilər.

Ağ Ev sözçüsü isə bildirib ki, prezident Lutnik və Çavez-Derimeri "tam dəstəkləyir".

Seyranə Quliyeva

Missiya.Az

Chosen
31
missiya.az

1Sources