EN

Dual peşə təhsilində tələbə sayı 1 700-ü ötüb

Azərbaycanda dual peşə təhsili proqramı üzrə təhsil alan tələbələrin sayı son illərdə artaraq 2025-ci ildə 1 704 nəfərə çatıb. Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O bildirib ki, 2022-ci ildə 828 nəfər olan tələbə sayı 2023-cü ildə 872, 2024-cü ildə isə 1 273 nəfər təşkil edib.

 Proqram çərçivəsində qrupların sayı 44-dən 93-ə, peşə təhsili mərkəzlərinin (PTM) sayı 15-dən 27-yə, ixtisasların sayı isə 23-dən 39-a yüksəlib.

Eyni zamanda, dual təhsildə iştirak edən işəgötürənlərin sayı da artaraq 2022-ci ildəki 80-dən 2025-ci ildə 150-yə çatıb.

Gülnar Nazimqızı

Chosen
5
anews.az

1Sources