EN

Nazir müavini: Peşə təhsili alan qadınların sayı 10 mini keçib

Azərbaycanda peşə təhsili alan qadınların sayı 10 488 nəfərdir.

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəranda media nümayəndələri üçün keçirilən brifinqdə səsləndirib.

Nazir müavini bildirib ki, peşə təhsilində ümumi qəbulda qadınların payı 40 faizə çatıb. Qadınların payı 50 faizdən çox olan ixtisasların sayı 40, ümumilikdə isə qadınların qəbul olunduğu ixtisasların sayı 127-dir. 2022-ci ildə qadınların payı 32 faiz olduğu halda, 2025-ci ildə bu göstərici 40 faizə yüksəlib.

Peşə təhsili sahəsində bəzi ixtisaslarda qadınların payı xüsusilə yüksəkdir. Dayə ixtisasında qadınların payı 100 faiz, laborant-mikrobioloq ixtisasında 92 faiz, moda dizaynı və geyim üzrə dizayner ixtisaslarında 91 faizdir. Saç kəsimi və gözəllik sahəsində qadınların payı 90 faiz, qənnadçı və şirniyyatçı ixtisaslarında isə 89 faiz təşkil edir.

Kargüzarlıq və ofis ixtisaslarında qadınların payı 83 faiz, interyer dizaynında 81 faiz, dərzi ixtisasında isə 79 faizdir. Digər sahələrdə də qadınların üstünlüyü müşahidə olunur: sığorta işçisi ixtisasında 71 faiz, qrafik dizayner ixtisasında 65 faiz, veb dizayn və proqram təminatı sahəsində isə 60 faizdir.

Chosen
18
5
azedu.az

6Sources