EN

Azad olunan hansı rayonda peşə məktəbləri açılacaq? - Açıqlama

"Azərbaycanda peşə təhsili müəssisələrinin infrastrukturu yenilənir, regionlarda genişmiqyaslı tikinti və təmir işləri aparılır".

Musavat.com xəbər verir ki, bunu Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “İnfrastrukturun təkmilləşdirilməsi” çərçivəsində bir sıra peşə təhsili müəssisələrində yenidənqurma və əsaslı təmir işləri artıq yekunlaşıb:" Bu çərçivədə Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil mərkəzləri, həmçinin Tərtər və Neftçala Peşə məktəblərində işlər tamamlanıb.

Hazırda bir neçə istiqamətdə işlər davam etdirilir. Belə ki, Füzuli və Kəlbəcər Dövlət Peşə Təhsil mərkəzləri, eləcə də Quba Peşə liseyində yenidənqurma işləri aparılır. Bununla yanaşı, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Şuşa Dövlət Peşə Təhsil Mərkəzində də işlər davam edir.

Onun sözlərinə görə, bəzi layihələr isə hazırda layihələndirmə mərhələsindədir:

"Bu sıraya Zəngilan, Qubadlı, Ağdam və Tovuz Dövlət Peşə Təhsil mərkəzləri, həmçinin Qax Peşə liseyi daxildir. Eyni zamanda, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi və Salyan Peşə liseyi üzrə də layihələndirmə işləri aparılır".

Şahanə Rəhimli
Musavat.com

Chosen
15
2
musavat.com

4Sources