“Son 4 ildə dövlət sifarişli yerlərin sayı 50 faiz artaraq 2025-2026-cı tədris ilində 22 mindən çox olub”.
Bizim.Media xəbər verir ki, bu sözləri Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "Regionlarda peşə təhsili: imkanlar və perspektivlər mövzulu" mediaturun təqdimatı zamanı deyib.
O, qeyd edib ki, bu, dövlətin peşə təhsilinə verdiyi dəstəyi və kadr hazırlığına önəmini nümayiş etdirir:
“Dövlət sifarişli yerlərin artırılması sayəsində tələbələrə peşə təhsilinə daha asan çıxış imkanı yaranır, həmçinin əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlanması təmin olunur”.
Bizim.Media