EN

Rövşən Rüstəmov Yusif Qəmərliyə ADY-də vəzifə verdi

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-də yeni təyinat olub.

Ucnoqta.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Yusif Qəmərli ADY-nin Risklərin idarə edilməsi və daxili nəzarət departamentinə müdir təyin olunub.

Xatırladaq ki, bundan əvvəl sözügedən vəzifəni Əsəd Məmmədov icra edib.

Qeyd edək ki, Yusif Qəmərli bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Daxili nəzarət və audit departamentinin direktoru vəzifəsində çalışıb.

Chosen
30
11
ucnoqta.az

10Sources