EN

Nazir müavini azad olunan ərazilərdə tikilən peşə təhsil mərkəzlərindən danışdı

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Füzuli, Kəlbəcər və Şuşa Dövlət Peşə Təhsil Mərkəzlərində tikinti işləri davam edir". 

"Unikal" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

Nazir müavini bildirib ki, Zəngilan, Qubadlı və Ağdam Dövlət Peşə Təhsil Mərkəzləri isə layihələndirmə mərhələsindədir. 

O qeyd edib ki, növbəti 4 ildə 21 yeni peşə təhsili mərkəzi tikiləcək.

“2 peşə təhsil müəssisəsi isə əsaslı şəkildə təmir olunacaq. Bu, peşə təhsili üçün böyük transformasiya nöqtəsidir. Ümid edirik ki, 2030-cu ilədək ölkənin hər iqtisadi rayonunda azı 2 belə məktəb görəcəyik".

Anar Kəlbiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
1
unikal.az

10Sources