EN

Balıq kotletinin RESEPTİ kəsmik və pendirlə, sobada

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu resept yüngül və faydalı yeməkləri sevənlər üçün ideal seçimdir. Kəsmik və pendir əlavə edildiyi üçün kotletlər daha şirəli, yumşaq və dadlı alınır.

Lent.az bu resepti təqdim edir:

Tərkibi:

mintay balıq filesi - 500 qram

kəsmik - 100 qram

sərt pendir - 60 qram

yumurta - 1 ədəd

soğan - 1 ədəd

kərə yağı - 40 qram

bitki yağı - 1 xörək qaşığı

şüyüd - 2 budaq

qara istiot (üyüdülmüş)

duz

suxarı (pane üçün)

Hazırlanma qaydası

Soğanı təmizləyin və orta ölçülü kub şəklində doğrayın. Pendiri xırda sürtgəcdən keçirin. Şüyüdü xırda-xırda doğrayın. Balıq filesini və soğanı ətçəkən maşından keçirin. Üzərinə yumurta, kəsmik, pendir, doğranmış şüyüd, yumşaldılmış kərə yağı, qara istiot və duz əlavə edin.

Hamısını yaxşıca qarışdırın. Soba üçün formanı perqament kağızı ilə örtün və üzərinə bir az bitki yağı çəkin. Əllərinizi azca isladaraq kotletlər düzəldin, hər tərəfini suxarıya bulayın və formaya düzün. Əvvəlcədən 180°C-yə qədər qızdırılmış sobada təxminən 30 dəqiqə, üzəri qızarana qədər bişirin.

Nuş olsun!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
lent.az

1Sources