EN

Azərbaycan və Çin banklar assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalanacaq

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Çin BanklarAssosiasiyası (CBA) arasında gələcəkdə əməkdaşlıq memorandumununimzalanması istiqamətində ilkin razılıq əldə edilib.

Trend bubarədə ABA-ya istinadən xəbər verir.

Belə ki, aprelin 1-də Azərbaycan Banklar Assosiasiyasının (ABA)nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində ÇinBanklar Assosiasiyasının (CBA) rəhbərliyi və müvafiq strukturbölmələrinin rəsmi nümayəndələri ilə keçirilən işgüzar görüşdəiştirak edib. Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinintəşkilatçılığı ilə baş tutan görüşdə ABA-nı Assosiasiyanınprezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov və başiqtisadçı Əzizağa Haxverdiyev təmsil ediblər. Çin tərəfindən isəCBA-nın sədr müavini və baş katibinin müavini cənab Yin Youxiang,baş katib xanım Xu Jieqin və Tədqiqat Departamentinin direktorucənab Li Jian iştirak ediblər.

Tədbir çərçivəsində tərəflər bank assosiasiyalarının fəaliyyəti,mövcud prioritetlər və gələcək əməkdaşlıq imkanlarına dair ətraflıfikir mübadiləsi aparıblar. Görüş zamanı hər iki ölkənin maliyyəsektorundakı mövcud vəziyyət və inkişaf meyilləri barədətəqdimatlar keçirilib. Bu müzakirələr kontekstində Azərbaycanmaliyyə sisteminin Dünya Bankının 2025-ci il üzrə hesabatına əsasən“maliyyə xidmətləri” kateqoriyasında dünya üzrə birinci yerdəqərarlaşdığı xüsusi qeyd olunub və bu yüksək nəticənin əldəedilməsində ölkədəki tənzimləyici çərçivənin rolu vurğulanıb.

Görüşün gedişatında CBA-nın sədr müavini Yin Youxiang və başkatib Xu Jieqin Çin bank sektorunun makroiqtisadi vəziyyəti,maliyyə sabitliyi və qurumun strateji hədəfləri barədə məlumatveriblər. Öz növbəsində ABA prezidenti Zakir Nuriyev Assosiasiyanınmissiyası, bank sektorunda həyata keçirilən əsas təşəbbüslər vəAzərbaycan–Çin əməkdaşlığının genişləndirilməsi perspektivlərinidiqqətə çatdırıb. Həmçinin icraçı direktor Yunus Abdulov ABA-nıntəşkilati strukturu və beynəlxalq əməkdaşlıq istiqamətləri, başiqtisadçı Əzizağa Haxverdiyev isə Azərbaycan iqtisadiyyatındakımakroiqtisadi vəziyyət və bank islahatları haqqında məruzə ediblər.Çin tərəfindən Li Jian isə rəqəmsal maliyyə sahəsində tətbiq olunaninnovativ həllər və yeniliklər barədə təqdimatla çıxış edib.

Qarşılıqlı müzakirələrlə davam edən görüşdə tərəflər banksektorunda təcrübə mübadiləsi və potensial birgə layihələrinreallaşdırılması imkanlarını dəyərləndiriblər. Görüşün sonunda ABAvə CBA arasında gələcəkdə əməkdaşlıq memorandumunun imzalanmasıistiqamətində ilkin razılıq əldə edilib.

Məqalədə:
Chosen
16
6
az.trend.az

7Sources