EN

Azərbaycan mina problemi olan ölkələrin siyahısında ilk onluqdadır

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan dünyada mina problemi olan ölkələrin siyahısında ilk onluqdadır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yanında İctimai Şuranın sədri Umud Mirzəyev (Rəhimoğlu) jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən, hər il 4 aprel tarixi Beynəlxalq Mina Maarifləndirmə və Mina Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur.

Umud Mirzəyevin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində bu əlamətdar gün münasibətilə mina təhlükəsinə diqqətin artırılması və maarifləndirmə məqsədilə qlobal aksiyalar keçirilir:

"Bu gün Azərbaycan vətəndaş cəmiyyəti qurumları da mina təhlükəsi ilə mübarizə istiqamətində fəal fəaliyyət göstərir. Hesablamalara görə, ölkə ərazisində 1 milyon 500 mindən artıq mina mövcuddur. Bu isə Böyük Qayıdış proqramının icrasını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz dönüşünü, həmçinin yeni yaşayış məntəqələrinin və infrastruktur layihələrinin qurulmasını əhəmiyyətli dərəcədə çətinləşdirir. Təəssüf ki, qlobal güclər, dünya bu problemin həllində Azərbaycanı tək qoyur, dəstək göstərmirlər".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
4
cebheinfo.az

8Sources