EN

ABŞ və İsrail dalana dirənib: İran kimin silahı ilə döyüşür?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-nin hərbi-siyasi dairələri İranın əhəmiyyətli zərbə potensialının güclü olduğunu etiraf edib.

ABŞ kəşfiyyatı hesab edir ki, ABŞ və İsrailin davam edən hərbi əməliyyatlarına baxmayaraq, İran əhəmiyyətli raket və pilotsuz təyyarə zərbə imkanlarını özündə saxlayır.

ABŞ kəşfiyyatının hesablamalarına görə, İranın raket buraxıcılarının təxminən yarısı toxunulmaz qalıb. Bundan əlavə, Tehranın hələ də pilotsuz uçuş aparatlarının (PUA) imkanlarının təxminən 50 %-nə sahib olduğu deyilir.

Tehran həmçinin yeraltında dronların istehsalını davam etdirir. Eyni zamanda, ABŞ kəşfiyyatının məlumatında vurğulanır ki, İran sahillərində yerləşdirilən dəniz raketlərinin əhəmiyyətli bir hissəsi də məhv edilməyib. Sualtı dəniz imkanları hələ də qalır. 

Bu məlumatlar onu təsdiq edir ki, İranın qalan resursları həm raketlərdən, həm də PUA-lardan istifadə edərək zərbələr endirməyə davam etməyə imkan verir. 

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ və İsrail İranla bağlı bir sıra məsələləri düzgün qiymətləndirməyiblər:

“Hər iki tərəf İranın bu dərəcədə adevkat cavab verəcəyini dəqiq proqnozlaşdıra bilməyiblər. Faktiki olaraq, müharibənin nəzərdə tutulan müddətdən artıq davam etməsi, İrandakı rejimin çökməməsi və Tehranın ciddi müqavimət göstərməsi onu deməyə əsas verir ki, proseslər ABŞ və İsrailin ssenarisi üzrə getmir. 

ABŞ və İsraildə hesab edirdilər ki, İranda dini və hərbi-siyasi rəhbərliyin məhv edilməsi rejimin dəyişməsinə gətirib çıxaracaq. Hesab edirdilər ki, onların havadan raket zərbələri İranı aciz duruma düşürəcək.

Amma bu, baş vermədi. İran əksinə olaraq, gözləniləndən daha artıq müqavimət göstərdi. Müharibənin uzanmasının, xüsusilə də ABŞ və İsrailin istədiyi nəticə əldə etməməsinin əsas səbəbini İranın adevkat cavablarında axtarmalıyıq.

İran hakimiyyəti total müharibə taktikasından istifadə edib ona qarşı aparılan müharibəni bütün regiona yaymağı bacardı. Region ölkələrinin bu müharibənin içərisinə çəkməsi ABŞ və İsraili, demək oalr ki, çətin vəziyyətə salıb.

Burada digər əsas məqama da diqqət yetirməliyik – Tehran Hözmüz boğazını bağlayıb və bu isə qlobal iqtisadiyyatda ciddi risklər yaradıb. Bu da ABŞ və İsrail tərəfindən lazımi şəkildə hesablanmayıb.

Proseslərin gedişatı onu göstərir ki, ABŞ və İsrailin İranda rejimi məhv etmək və İranı çökdürmək planı baş tutmayıb. Müharibənin davam etdiyi müddətdə bunun reallaşması ehtimalı zəifdir”.

A.Nərimanlı vurğulayıb ki, İranda rejimi tam olaraq məğlub etmək üçün bu ölkədə quru əməliyyatlarının keçirilməsinə ehtiyac var:

“Bu da qeyri-real görünür. Xark adasının və Hörmüz boğazının xüsusi əməliyyat ilə nəzarətə götürülməsi ssenariləri nəzərdən keçirilsə də, bunun özü də risklidir. Ən önəmli məsələyə gəlincə, İranın raket və pilotsuz təyyarə potensialı göstərilən rəqəmlərdən daha da yüksək olub.

Bəli, ABŞ və İsrail hücum əməliyyatlarında İranda bir çox raket obyektlərini və raket qurğularının istehsalı müəssisələrini məhv etdi, amma İranın raket imkanları hələ tükənməyib. Müharibədən əvvəl İran raket potensialını tam üzə çıxarmamışdı. Yalnız son proseslərdə onun raket imkanları ortaya çıxıb”. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Açar sözlər:

ABŞ Asif Nərimanlı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
cebheinfo.az

2Sources