EN

Əməliyyatın 92 ci dalğası: Təl Əviv və Hayfadakı bazalar hədəfdə VİDEO

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran ABŞ və İsrailə qarşı apardığı "Əsl vəd - 4" əməliyyatının 92-ci dalğasında bir sıra hədəfləri məhv edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən xəbər yayıb.

Bildirilib ki, SEPAH İsrail və ABŞ-nin radar sistemlərini və üzən avadanlıqlarını ballistik raketlər və hücum dronları ilə məhv edib.

Məlumata görə, "Əş-Şuveyx" limanında ABŞ desant gəmilərinin yığılma məntəqəsinə ballistik raketlərlə hücum həyata keçirilib. Bəhreyndə "Cəbəl əl-Duxan" radar mərkəzində yerləşən "AR-327" uzaqmənzilli və üçölçülü hava erkən xəbərdarlıq radarı dronlarla vurulub.

"Cümə günü səhər tezdən SEPAH Hayfanın cənub-şərqində İsrailin "F-16" qırıcı eskadrilyalarının yerləşdiyi "Ramat David" aviabazasını məhv etmək üçün iki ballistik raket atdı", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
oxu.az

1Sources