EN

Hörmüz boğazı böhranı: Zelenskidən açıqlama

Ukraynadan hələlik Hörmüz boğazının blokadadan çıxarılması ilə bağlı kömək istənilməyib, lakin Kiyev bu məsələdə ABŞ və Yaxın Şərq ölkələrinə yardım etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "NewsNation"a müsahibəsində bildirib. 

“Hazırda heç kim belə bir müraciət etməyib. Biz sadəcə bilik və təcrübəmizi bölüşürük. Əgər tərəfdaşlarımız bir gün bundan istifadə etmək istəsələr, biz hazır olacağıq”, – deyə siyasətçi qeyd edib.

O vurğulayıb ki, heç bir ölkə blokadanı təkbaşına aradan qaldıra bilməz. Dövlət başçısının sözlərinə görə, boğazın açılması üçün iki variant mövcuddur: ya danışıqlar yolu ilə razılaşma əldə olunmalı, ya da boğaz üzərində birtərəfli nəzarət qurulmalıdır.

Aytəkin TOFFİQQIZI

Chosen
56
redaktor.az

1Sources