“O qədər təəssüf doğuran bir vəziyyət vardı ki, düşmən əsgərlərini posta zəncirləyirdi ki, qaçmasın və ölənə qədər döyüşsün. Onların meyitlərini görmək dəhşət idi.” deyə, Hikmət Məmmədov söyləyib. Azərbaycan haqq savaşında idi. Cənab Prezident həmişə deyirdi ki, “biz haqq uğrunda savaşırıq. Torpaqlar bizimdir və biz onları işğaldan azad etməliyik.” Şahid deyir ki, düşmən tərəfini qorxu bürümüşdü, qaçırdılar, çünki onların torpağı deyildi. Biz də həmin istiqamətlərdə işəhidlər verdik. Çünki Vətən varsa, Şəhid də var. Vətənimizə göz dikənin gözünü çıxarmalıyıq. “ Biz qəhrəman oğullar ilə döyüşmüşük. Elnur Əliyevin özünü qumbara üzərinə ataraq postda əsgərlərini xilas etməsi, Raqif Orucovun əsgərlərinə “Biz öz torpaqlarımızdayıq, heç nədən qorxmayın” deməsi, Elimdar Səfərovun son damla qanına qədər döyüşməsi, Ravin Novruzovun özünü postda ataraq 4-5 əsgəri vurub, 1 əsgərin meyiti üzərində can verməsi…– bunların hamısı Vətən sevgisidir. Mən də Lələtəpə istiqamətində ağır yaralanaraq açıq kəllə travması aldım və baş sümüyüm sındı. Artıq döyüş qabiliyyətimi itirmişdim. Tamam qanın içində idim. Mənə bunları danışmaq çox çətindir. Döyüş yoldaşlarımızın bir qismi şəhid oldu, bir qismi ağır yaralandı. O günləri unutmaq mümkün deyil.
Döyüşçümüz sonda qeyd edib ki, bu yol zəfərə aparan yol oldu. 4 ildən sonra 44 gün ərzində torpaqlarımız işğaldan tam azad edildi. Bugün rahat və firavan bir ölkədə yaşayırıq. Ordumuz, xalqımız və Ali Baş Komandan birliyi ilə yenilməz bir xalq olduğumuzu göstərdi. Şəhidlərimiz üçün kədərlənirik, eyni zamanda başımız dikdir və qalib xalq kimi tanınırıq. Vətənimizi qorumaq hər birimizin borcudur. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin.