EN

Koronavirus bitmir: Daha bir ştammı ölkələrə yayıldı

Koronavirusun daha bir variantı yaranıb.

Söhbət BA.3.2 (CICADA) ştammından gedir. O artıq dünyanın 20-dən artıq ölkəsində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunun Afrika, Avropa və Amerika qitələrində sürətlə yayıldığını açıqlayıb.

Maraqlıdır, adıçəkilən variant nə qədər təhlükəli ola bilər?

Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib ki, koronovirusun bu vaxta qədər müxtəkif mutasiyaları olub: 


“Həmin mutasiyalar böyük nəticələrə səbəb olmayıb. Əsas koronovirusun birinci varintı daha təhlükəli, yayılma dərəcəsi güclü idi. Ancaq mutasiyalar  əvvəlkindən daha zəif olur. Həmin mutasiyalar vaxtında aşkar olunarsa öncədən müəyyən tədbirlər görmək olur. Hesab edirəm ki, yeni mutasiya olunmuş ştam elə də böyük təsirə səbəb olmayacaq. Sadəcə virusdur yayılır, insanlar müəyyən qaydalara əməl etməklə özlərini qoruya bilərlər”.

Günel Cəlilova

Chosen
17
hit.az

1Sources