EN

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda bankların kreditlər üzrə faiz gəlirləri 714.8 milyon manat təşkil edib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) bildirir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artıb.

Qeyd edək ki, martın 1-i tarixinə Azərbaycanda bankların kredit portfeli 30 milyard 118.9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,5% və ya 138.8 milyon manat çoxdur.

Kredit portfelinin 16 milyard 58 milyon manatı (+0,7%) biznes kreditlərinin, 9 milyard 467.5 milyon manatı (+0,4%) istehlak kreditlərinin, 4 milyard 593.4 milyon manatı (-0,3%) isə ipoteka kreditlərinin payına düşüb. (Apa)

Chosen
17
7
fed.az

8Sources