EN

Premyer Liqanın ən yaxşı oyunçusu seçildi

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Premyer Liqanın ən yaxşı oyunçusu seçildi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu seçilib.

QOL.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu martda çempionatda 4 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 2 qol vurub və 4 məhsuldar ötürmə edib..

Bu ad uğrunda Ceyms Qarner ("Everton"), Denni Uelbek ("Brayton"), Morqan Gibbs-Uayt ("Nottingem Forest"), Entoni Qordon ("Nyukasl"), Aleks İvobi ("Fulhem") və David Rayan ("Arsenal") da mübarizə aparırdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
2
qol.az

7Sources