EN

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum olub

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3aqreqatı) həcmi 49,116 milyard manat təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumına görə, bu, aylıqmüqayisədə 930 milyon manat və ya 1,9%, 2025-ci ilin eyni dövrünənisbətən isə 2,4 milyard manat və ya 5,2% çoxdur.

Bundan başqa, 2026-cı ilin martın 1-nə manatla pul kütləsinin(M2 aqreqatı) həcmi 39,191 milyard manat təşkil edib ki, bu daaylıq göstəriciyə nisbətən 882 milyon manat və ya 2,3%, 2025-ciilin eyni dövrünə nisbətən isə 3,7 milyard manat və ya 10,6%çoxdur.

Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 30,769milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 910,2 milyonmanat və ya 3%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 2,6 milyardmanat və ya 9,3% çoxdur.

Eyni zamanda, bu ilin martın 1-nə banklardan kənarda olan nağdpul kütləsi (M0 aqreqatı) 17,859 milyard manat təşkil edib ki, buda aylıq müqayisədə 315,5 milyon manat və ya 1,8%, ötən ilin eynidövrünə nisbətən isə 2,3 milyard manat 14,8% çoxdur.

Pul bazarının parametrləri

Həcmi (milyon manat), 1 mart 2026-cı il tarixinə

Həcmi (milyon manat), 1 mart 2025-ci il tarixinə

Geniş mənada pul kütləsi (M3 aqreqatı)

49116.1

46674.7

Manatla pul kütləsi (M2 aqreqatı)

39190.7

35436.5

Əməliyyatlar üçün pul kütləsi (M1 aqreqatı)

30769.3

28155.7

banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı)

17859.0

15550.2

Məqalədə:
Chosen
22
2
az.trend.az

3Sources