Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3aqreqatı) həcmi 49,116 milyard manat təşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumına görə, bu, aylıqmüqayisədə 930 milyon manat və ya 1,9%, 2025-ci ilin eyni dövrünənisbətən isə 2,4 milyard manat və ya 5,2% çoxdur.
Bundan başqa, 2026-cı ilin martın 1-nə manatla pul kütləsinin(M2 aqreqatı) həcmi 39,191 milyard manat təşkil edib ki, bu daaylıq göstəriciyə nisbətən 882 milyon manat və ya 2,3%, 2025-ciilin eyni dövrünə nisbətən isə 3,7 milyard manat və ya 10,6%çoxdur.
Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 30,769milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 910,2 milyonmanat və ya 3%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 2,6 milyardmanat və ya 9,3% çoxdur.
Eyni zamanda, bu ilin martın 1-nə banklardan kənarda olan nağdpul kütləsi (M0 aqreqatı) 17,859 milyard manat təşkil edib ki, buda aylıq müqayisədə 315,5 milyon manat və ya 1,8%, ötən ilin eynidövrünə nisbətən isə 2,3 milyard manat 14,8% çoxdur.
Pul bazarının parametrləri | Həcmi (milyon manat), 1 mart 2026-cı il tarixinə | Həcmi (milyon manat), 1 mart 2025-ci il tarixinə |
Geniş mənada pul kütləsi (M3 aqreqatı) | 49116.1 | 46674.7 |
Manatla pul kütləsi (M2 aqreqatı) | 39190.7 | 35436.5 |
Əməliyyatlar üçün pul kütləsi (M1 aqreqatı) | 30769.3 | 28155.7 |
banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) | 17859.0 | 15550.2 |