EN

Starmeri zəifdir və Böyük Britaniya hərbi gəmilərini göndərmədi Tramp

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp, Böyük Britaniya Baş naziri Keyr Starmeri lağa qoyaraq onun Orta Şərqə hərbi gəmilər göndərməyi qərara almadan əvvəl komandası ilə məsləhətləşməli olduğunu iddia edib.

Bizimyol.info xəbər verir ki, bu sözlər iki ölkə arasındakı münasibətlərdə yeni gərginlik yaradıb.

Tramp Ağ Evdə Pasxa naharında çıxış edərkən Starmeri təqlid edirmiş kimi göstərib. Prezident çıxışında deyib ki, Böyük Britaniya “ən yaxşı müttəfiqimiz olmalıdır”, lakin İran müharibəsi zamanı belə olmayıb və Starmeri hərbi gəmilərin göndərilməsi məsələsində tərəddüd etməkdə günahlandırıb. O, sözlərini belə davam etdirib: “Siz baş nazirsiniz, soruşmağa ehtiyac yoxdur. Amma Starmer dedi ki, komandama soruşmalıyam, gələn həftə görüşəcəyik… Amma müharibə artıq başlayıb”, - deyə bildirib.

Lakin Ağ Ev mənbələri bildiriblər ki, Tramp heç vaxt Böyük Britaniyadan gəmiləri tələb etməyib və Britaniya da onları təklif etməyib. Bu çıxış mətbuata açıq olmayan naharda baş verib və Ağ Ev videonu əvvəlcə paylaşsa da, sonra silib. Lakin ABŞ saytlarından "Business Insider"in əməkdaşı videonu yükləyərək yayımlayıb.

Naharda Tramp həmçinin Fransanın prezidenti Emmanuel Makronu da lağa qoyaraq onun “hələ çənə zərbəsindən bərpa olduğunu” və Makronun həyat yoldaşı Briqittin “ona çox pis davrandığını” iddia edib.

Tramp bir neçə dəfə Böyük Britaniyaya, İran üzərinə ilk zərbələr üçün hərbi bazaların istifadəsinə icazə verməməsi və Çaqos adalarının suverenliyini Mavrikiya verməsi məsələlərinə görə sərt tənqidlər edib. Starmer cavab verməsə də, müharibə ilə bağlı mövqeyində “hər hansı təzyiq və səs-küyə baxmayaraq” qəti olduğunu bildirib.

Baş nazir parlamentin əlaqələndirmə komitəsində: “Mən tamamilə ölkəmizin maraqlarına fokuslanmışam və buna görə üzr istəmirəm. Başqa yerlərdən gələn təzyiqə baxmayaraq, Britaniya milli maraqlarına diqqətli olmaqda davam edəcəyəm. Mən baş verənləri başa düşürəm, amma bu mövqedən geri çəkilməyəcəyəm”, - deyə buildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
icma.az

1Sources