EN

Antalya qırmızı rəngə boyandı: Aralıq dənizində qum fırtınası – FOTO-VİDEO

Şimali Afrika bölgəsindən qalxan güclü səhra tozu qırmızı qum fırtınası şəklində əvvəlcə Yunanıstan və Liviyanı bürüyüb, daha sonra Türkiyənin Alanya bölgəsi səmasında hiss olunmağa başlayıb.

Bu barədə NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, həftənin əvvəlində Liviya və Yunanıstanda gündəlik həyatı dayandıran və Krit adasının üzərini tamamilə qırmızı rəngə boyayan “Ermino” fırtınası Türkiyə ərazisinə doğru istiqamətini dəyişib. Türkiyənin Antalya bölgəsinin Alanya rayonu sakinləri bu gün maraqlı mənzərə ilə qarşılaşıblar.\\oxu.az

Chosen
17
50
nocomment.az

10Sources