AZ

Azərbaycanlı xanımın Nyu Yorkdan çəkdiyi BU GÖRÜNTÜLƏR gündəm oldu

ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlı xanımın çəkdiyi görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, görüntülərin Manhetten ərazisində yerləşən metro stansiyalarından birində çəkildiyi bildirilir. Videonu paylaşan xanım metronun təhlükəli olduğunu, stansiyada çox sayda evsiz və narkotik asılılığı olan insanların yaşadığını iddia edib.

Onun sözlərinə görə, bu insanların əksəriyyəti işsizlik və ya maddi imkansızlıq səbəbindən deyil, narkotik asılılığı səbəbindən bu vəziyyətə düşüb və bəziləri aqressiv və təhlükəli davranışlar nümayiş etdirir.

Azərbaycanlı xanım bildirib ki, belə mənzərələri gördükdən sonra Bakının qədrini daha çox bilir:

“Bu, nə kənddir, nə rayon. Bura Nyu-Yorkun mərkəzi – Manhettendir. Amerika bəzi şeylərdə Bakıdan yaxşı ola bilər, amma əmin olun, bəzi şeylərdə Bakı Amerikadan çox-çox irəlidədir”, – deyə o bildirib.

Sözügedən görüntülər sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.

Seçilən
0
19
nocomment.az

10Mənbələr