EN

8 sotluq torpaq ailəni parçaladı: Xəstə ana öldü, qardaş divarı uçurtdu

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Sumqayıtda valideynlərdən qalan miras mülk üstündə qardaş və bacılar arasında yaşanan gərginlik fiziki qarşıdurma və məhkəmə prosesi ilə nəticələnib. Hadisə ötən ilin may ayında, ailə üzvlərinin qapı kilidlərinin dəyişdirilməsi və evin daxili divarlarının sökülməsi iddiaları ilə bağlı qarşı-qarşıya gəlməsi zamanı baş verib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Rəşid əvvəlcədən aralarında ev bölgüsü ilə bağlı olan zidiyyətlə əlaqədar yaranmış mübahisə zamanı bacısı Xuramanın sol qol nahiyyəsindən əli ilə sıxıb və yumruq zərbəsi ilə vuraraq ona xəsarətlər yetirib. Rəşidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Rəşid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, bundan əvvəldə bir neçə dəfə Xuraman ilə aralarında mübahisə olub:“Mənim yaşadığım ev həyət evidir. Atam öldükdən sonra evdə o yaşayıram. Digər şəxslərin hamısı evdən çıxıblar. Evin ayrı-ayrı iki dənə qapısı var. Mən yoldaşım və qızımla həmin evdə yaşayıram. Orada iki ev var, biri atam tərəfindən 1959-cı ildə, digər isə 1989-cu ildə qardaşım Teymur tərəfindən tikilib. Həmin evlər səkkiz sot torpağın içərisindədir. Torpaq sahəsi valideynlərim tərəfindən iki yerə bölünüb. Valideynlərimin qanuni varis mənəm. Evin kilidini dəyişmişəm. Buna səbəb Teymurun evin ətrafında əxlaqsız söyüşlər söyməsi, uyğunsuz geyim ilə gəzməsidir”. Təqsirləndirilən şəxs deyib ki, qardaş və bacısı ilə aralarında olan mübahisə isə onun övladının olmaması və bacanağının övladını himayə götürməsi ilə bağlıdır:“Hadisə baş verən günü böyük bacım Almaz evimə gələrək niyə görə qapının kilidini dəyişdiyimi soruşdu. Cavab olaraq bildirdim ki, yaxşı eləyib kilidi dəyişmişəm. Qardaşım Teymur uyğunsuz geyimlə ətrafda gəzir və himayəsində qızım var, ona görə qorxuram. Daha sonra Teymur və onun ardınca digər bacım Xuraman evə gəldi. Teymurun məni döyməsi ilə bağlı onu məhkəməyə vermişəm və məhkəmənin müvafiq qərarı ilə 400 manat miqdarında cərimə edilib. Qarşı tərəf ilə aramızda barışıq yoxdur. Mən barışmaq istəsəm də, Xuraman barışmaq istəmir. Xuraman hadisə baş verən günü evinə gələrək evdən çıxmağımı istəyib. Ona qanuni vərəsə olduğumu, mülkiyyətin mənə məxsus olduğunu bildirdim”.Təqsirləndirilən şəxs bildirib ki, onu itələyərək evindən çıxarıb: “Bunu edənlər Teymur, Almaz və Xuramandır. Mən özümü müdafiə etmək üçün Xuramanı itələmişəm, onu özündən uzaqlaşdırmağa çalışmışam. Hadisə evimdə baş verib”.Təqsirləndirilən şəxs ifadəsinin sonunda barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə elan edilmiş amnistiya aktının tətbiq edilməsini xahiş edib.İş üzrə zərərçəkmiş Xuramanın sözlərinə görə, qardaşı Rəşidin verdiyi ifadələr hamısı yalandır: “Rəşid orada yaşayır. Həmin yer ata mülküdür. Xəstə anam və xəstə qardaşıma mən və digər 2 bacım baxmışıq. Evin 2 otağında anam, digər 2 otağında isə qardaşım Rəşid və ailəsi yaşayıb. Ev anam tərəfindən ortadan hörülərək ayrılıb. Həmin mənzilə hər kəs fərqli qapıdan daxil olur. Hazırda aramızda mülk məsələsinə görə məhkəmə mübahisəsi gedir. Mən evə gəldiyim zaman Rəşidin anamın hördüyü divarı dağıtdığını müşahidə etdim. Buna görə aramızda mübahisə yarandı. Mən öz övladıma məxsus əşyaları həmin evdə anama aid otaqlara yerləşdirmişəm. Anam öldükdən sonra evin açarı bizdə qalıb. Mən evdə divarın, əşyaların və cihazların dağıldığını görmüşəm. Bunun səbəbini Rəşiddən soruşmuşam. O, evin ona məxsus olduğunu və yaxşı elədiyini bildirdi. Rəşid orada əli ilə üz nahiyyəmə vurdu. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat verdim. Polis əməkdaşları evə gəldikdən sonra onlar da evin dağıldığını bildirdim. Onlar bizi sakitəşdirərək getdilər”. Təqsirləndirilən şəxs deyib ki, həmin zaman vəfat etmiş valideynlərinin xatirinə Rəşiddən şikayət etməyib və ekspertizaya gedərək müayinə olunmayıb:“Məlum hadisə baş verən günü, yəni mayın 30-da bacım həmin evə gedərək qapını açmağa çalışıb. Lakin qapının kilidinin dəyişdirildiyini aşkar etdi. Rəşiddən bunun səbəbini soruşanda isə o, bacımı itələyərək yerə yıxdı. Mən özümü təxminən 5-10 dəqiqəyə oraya çatdırdım. Rəşiddən ona bunları etməyə kimin ixtiyar verdiyini soruşdum. O, yaxşı elədiyini bildirərək mənim sol qolumdan bir neçə dəfə zərbə vurdu. Mən isə həmin zaman başımı qorumağa çalışdım. Hadisə evdə baş verdi, həmin zaman orada bacım və qardaşım olub. Daha sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat verdim”.Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 2025-ci il 19 dekabr tarixli Qərarının

5.1-ci bəndi tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və barəsində olan iş üzrə icraata xitam verilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
74
demokrat.az

1Sources