EN

Pezeşkian Trampın İranı “daş dövrü”nə qaytarmaqla bağlı hədələrinə cavab verib

İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın İranı “daş dövrü”nə” qaytarmaqla bağlı hədələrinin genişmiqyaslı hərbi cinayət hesab edilib-edilməyəcəyi ilə maraqlanıb.

Pezeşkian bunu “X” sosial şəbəkəsində yazıb.

“Mən bu sualı ixtisasca hüquqşünas olan finlandiyalı həmkarıma (Aleksandr Stubb – red.) verdim”, – İran Prezidenti qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Tramp ABŞ-nin yaxın 2-3 həftə ərzində İrana zərbələrin intensivliyini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığını bəyan edərək, İranı “daş dövrü”nə qaytarmaqla hədələyib.

MənbəREPORT
Chosen
12
2
banker.az

5Sources