İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın İranı “daş dövrü”nə” qaytarmaqla bağlı hədələrinin genişmiqyaslı hərbi cinayət hesab edilib-edilməyəcəyi ilə maraqlanıb.
Pezeşkian bunu “X” sosial şəbəkəsində yazıb.
“Mən bu sualı ixtisasca hüquqşünas olan finlandiyalı həmkarıma (Aleksandr Stubb – red.) verdim”, – İran Prezidenti qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Tramp ABŞ-nin yaxın 2-3 həftə ərzində İrana zərbələrin intensivliyini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığını bəyan edərək, İranı “daş dövrü”nə qaytarmaqla hədələyib.
MənbəREPORT