EN

Tehranda universitet raket hücumu zamanı zədələndi

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Tehrandakı Şahid Beheşti Universitetinin binası ABŞ və İsrailin hava hücumları nəticəsində zədələnib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İranın dövlət televiziyası olan IRIB məlumat yayıb.

Bildirilib ki, ABŞ və İsrail qüvvələri Tehranın hava limanının yerləşdiyi Mehrabad rayonuna zərbələr endirib. Universitet binasına da ziyan dəyib.

Qeyd edək ki, martın 30-da ABŞ və İsrailin aviazərbələri nəticəsində İslam Respublikasında 20-dən çox ali təhsil müəssisəsinin zədələndiyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
4
qafqazinfo.az

5Sources