EN

Faiq İsmayılov: Hansısa şəxs abidəyə zərər vurursa, hüquqi yolla cəzasını almalıdır

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycanın tarixi-memarlıq abidələri, mədəni irsi ölkə qanunları ilə qorunur, mühafizə edilir. Həmin abidələrin zədələnməsi və onlara zərər vurulması cinayət məsuliyyəti yaradır".

Bunu Oxu.Az-a açıqlamasında memar Faiq İsmayılov deyib.

O bildirib ki, Nizami Kino Mərkəzinin binası da Azərbaycanın qanunla qorunan memarlıq abidəsidir:

"İstər bilərəkdən, istərsə də bilməyərəkdən hansısa şəxs abidəyə zərər vurursa, hüquqi yolla cəzasını almalıdır. Çünki Azərbaycanın mədəni irsi Azərbaycan xalqının kimliyini nümayiş etdirir. Xalqımızın kimliyi isə ölkəmizin mədəniyyətidir, tarixi abidələridir, mədəni irs nümunələridir. Azərbaycana hansısa turist gələndə ilk növbədə ölkənin tarixi-memarlıq abidələri, monumental heykəltəraşlıq nümunələri ilə maraqlanır. Bu baxımdan Nizami Kino Mərkəzində baş verən hadisəyə biganə yanaşmaq, yumşaq yanaşmaq olmaz. Bu, ciddi nəzarətə götürülməli, həmin əməli törədən şəxslər cəzalandırılmalıdır. Bu bina həmçinin kino mərkəzi, mədəni istirahət yeridir. Belə məkana ziyan vurmaq cinayətdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
oxu.az

2Sources