EN

Azərbaycan Kuboku: "Turan Tovuz" - "Zirə" matçında hesab açıldı - YENİLƏNİR

Bizon Azərbaycan Kubokunda yarımfinal oyunları start götürür.

Fanat.Az xəbər verir ki, mərhələnin hər iki görüşü bu gün keçiriləcək.

Əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:30-da səsləndiriləcək.

Günün ikinci oyununda turnirin son qalibi "Sabah" ilə finalçı "Qarabağ" münasibətlərə aydınlıq gətirəcəklər. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Xatırladaq ki, 1/2-in cavab matçları aprelin 21-22-də keçiriləcək.

Bizon Azərbaycan Kuboku
1/2 final, ilk oyunlar
3 aprel

“Turan Tovuz” – “Zirə” 0:1 (ikinci hissə)

Qol: Eren Aydın, 55 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: Cavid Cəlilov, Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

“Turan Tovuz”: 41. Sergey Samok, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 5. Roderik Miller, 3. Enrike Silva, 99. İbrahima Vadji, 8. David Tavareş.
Məşqçi: Yunis Hüseynov.
“Zirə”: 97. Tiaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 26. Stefan Aka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrila, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 28. Leroy Mikels, 10. Giorgi Papunaşvili, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

20:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Kamal Umudlu, Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Chosen
35
8
fanat.az

10Sources