EN

Kambarat-1 su elektrik stansiyasının tikintisi müzakirə edilib

Astana, 3 aprel, AZƏRTAC

Bişkekdə Qazaxıstan, Qırğızıstan və Özbəkistan nümayəndə heyətləri arasında Kambarat-1 su elektrik stansiyasının (SES-1) həyata keçirilməsinə dair Hökumətlərarası Saziş layihəsi üzrə danışıqların birinci mərhələsi keçirilib.

AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadən xəbər verir ki, layihə Qırğızıstanın Narın çayı üzərində 1880 MVt gücündə su elektrik stansiyasının tikintisini nəzərdə tutur və Mərkəzi Asiyada enerji təhlükəsizliyini gücləndirməyi hədəfləyir.

Layihənin əsas beynəlxalq maliyyə tərəfdaşı olan Dünya Bankı danışıqlarda müşahidəçi qismində iştirak edib. Danışıqların növbəti mərhələsinin keçirilməsi Daşkənddə planlaşdırılır.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Chosen
14
2
azertag.az

3Sources