
Cenaro Qattuzo İtaliya milli futbol komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər qarşılıqlı olaraq müqaviləni ləğv ediblər.
Qeyd edək ki, İtaliya millisi 31 martda 2026-cı il Dünya Kubokuna vəsiqə qazanmaq hüququ uğrunda pley-off mərhələsinin son oyununda Bosniya və Herseqovinaya məğlub olub (1:1, penaltilərdə 1:4). Nəticədə, İtaliya komandası ardıcıl üçüncü dəfə Dünya Kubokuna vəsiqə qazana bilməyib.