AZ

İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?

style='margin-bottom:10px;'>

İtaliya millisinin DÇ-2026-ya vəsiqə qazana bilməməsi ölkə futbolunda ciddi böhrana səbəb olub.

QOL.az xəbər verir ki, “La Repubblica”nın məlumatına görə, uğursuzluqdan dərhal sonra federasiya prezidenti Qabriele Qravina, baş direktor Canluici Buffon və baş məşqçi Cennaro Qattuzo istefa veriblər. İyunun 22-də yeni prezident seçiləcək, daha sonra isə komandanın yenidən qurulmasına start veriləcək.

Bundan başqa, həlledici matçdan öncə baş verən qalmaqallı detal da ictimaiyyətə açıqlanıb. Bildirilib ki, bir neçə futbolçu oyundan əvvəl vəsiqə üçün nəzərdə tutulan təqribən 300 min avroluq (28 oyunçu arasında bölünəcək) mükafatın aqibəti ilə maraqlanıb. Bu isə məşqçilər korpusunun etirazına səbəb olub və Qattuzo buna sərt reaksiya verib.

Eyni zamanda UEFA prezidenti Aleksander Çeferin infrastruktur problemləri həll olunmasa, Avro-2032-nin İtaliyadan alına biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İtaliya yığması ardıcıl üçüncü dəfə dünya çempionatını buraxır. Komanda Bosniya və Herseqovinaya qarşı pley-off matçında (1:1, penaltilər 1:4) məğlub olaraq mundialdan kənarda qalıb.
 

Seçilən
6
17
teleqraf.com

10Mənbələr