EN

Azərbaycan və Türkiyə investisiya fondlarının rəqəmsallaşmasını müzakirə etdi

Azərbaycan və Türkiyə arasında investisiya fondları üzrə rəqəmsal infrastrukturun inkişafı müzakirə edilib.Metbuat.az bu barədə Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verir. Məlumata görə, MDM-nin İdarə Heyətinin sədri Elçin Əlizadə ölkəmizdə səfərdə olan Türkiyə maliyyə qurumunun bir qrup nümayəndəsi ilə görüş keçirib.Görüş zamanı "Kuveyt Türk Portföy Yönetimi", "Katılım Emeklilik Hayat" və "Türkiye Katılım Sigorta" anonim şirkətlərinin rəsmilərinə Azərbaycanın kapital bazarı ekosistemində MDM-in rolu, fəaliyyəti və inkişaf strategiyası barədə ətraflı məlumat verilib.Türkiyə nümayəndə heyəti investisiya fondları sahəsində ölkənin təcrübəsini təqdim edərək, bu istiqamətdə gələcək qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə edib. Tərəflər arasında investisiya fondları üzrə təcrübə mübadiləsi, rəqəmsal infrastrukturun inkişafı, portfel idarəçiliyi sahəsində əməkdaşlıq imkanları və texniki dəstək məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin, uzunmüddətli və davamlı əməkdaşlıq əlaqələrinin qurulmasının, qarşılıqlı fayda əsasında yeni bazar imkanlarının dəyərləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Chosen
11
5
metbuat.az

6Sources