AZ

Maliyyə dünyasında Bakı-Ankara xətti - İnvestisiya nəhəngləri paytaxtda görüş keçirdi

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Elçin Əlizadə ölkəmizdə səfərdə olan Türkiyə maliyyə qurumunun bir qrup nümayəndəsi ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki. görüş zamanı Kuveyt Türk Portföy Yönetimi A.Ş, Katılım Emeklilik Hayat A.Ş və Türkiye Katılım Sigorta A.Ş şirkətlərinin rəsmilərinə Azərbaycanın kapital bazarı ekosistemində Milli Depozit Mərkəzinin rolu, fəaliyyəti və inkişaf strategiyası barədə ətraflı məlumat verilib.

Türkiyə nümayəndə heyəti investisiya fondları sahəsində ölkənin təcrübəsini təqdim edərək, bu istiqamətdə gələcək qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə edib. Tərəflər arasında investisiya fondları üzrə təcrübə mübadiləsi, rəqəmsal infrastrukturun inkişafı, portfel idarəçiliyi sahəsində əməkdaşlıq imkanları və texniki dəstək məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin, uzunmüddətli və davamlı əməkdaşlıq əlaqələrinin qurulmasının, qarşılıqlı fayda əsasında yeni bazar imkanlarının dəyərləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Seçilən
15
5
turkic.world

6Mənbələr