Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Avtobusa tələsən məktəblini maşın vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisə kameralara düşüb.
Belə ki, məktəbli oğlan dayanacaqda olan avtobusa çatmaq üçün işıqforun piyadalar üçün qırmızı işığında qəfil yola çıxıb və bu zaman hərəkətdə olan avtomobil onu vurub. Zərbənin təsirindən məktəbli asfalta yıxılıb və avtomobil onu bir neçə metr sürüyüb. Qəza nəticəsində məktəbli ağır bədən xəsarətləri alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralını dərhal xəstəxanaya çatdırıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.