EN

Cahangir Fərəcullayev infrastruktur və hakimlik dəyişikliklərindən danışdı

AFFA-nın baş katibi Cahangir Fərəcullayev “ASCO Arena”da aparılacaq yenidənqurma işləri ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, o, Hesabat Konfransında çıxışı zamanı bildirib ki, arena may ayından etibarən təmirə bağlanacaq və gələcəkdə əsasən uşaq və yeniyetmələrin istifadəsinə veriləcək.

Qurum rəsmisi “Karvan Yevlax”ın stadionunun da yaxın vaxtlarda müasir standartlara uyğunlaşdırılacağını qeyd edib.

C.Fərəcullayev yerli futbolçuların inkişafı üçün yeni təşviq mexanizminin tətbiq olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, legioner rüsumlarından toplanan vəsait yerli oyunçulara daha çox şans verən klublar arasında bölüşdürüləcək və bu il həmin fondun həcmi təxminən 2 milyon manatdır.

Baş katib hakimlik sahəsində struktur dəyişikliklərinə də toxunub. O bildirib ki, Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov qarşısında konkret tapşırıqlar qoyulub və idarəetmədə obyektivlik əsas prinsip kimi götürüləcək.

AFFA rəsmisi infrastruktur layihələrinə də diqqət çəkib. Onun sözlərinə görə, Ağsu stadionu növbəti mövsümə qədər Premyer Liqa standartlarına uyğunlaşdırılacaq.

Eyni zamanda, Bakı Olimpiya Stadionunun ərazisində uşaq futbol mərkəzinin yaradılması planlaşdırılır və may ayından etibarən burada təmir işlərinə başlanacaq.

Chosen
42
90deqiqe.az

1Sources