EN

Tramp Britaniyanın Baş nazirini məsxərəyə qoydu

ABŞ Prezidenti Donald Trampın Britaniyanın Baş naziri Keyr Starmerə lağ edib.

Olaylar.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

ABŞ Prezidenti çıxışında Böyük Britaniyanın "ən yaxşı müttəfiq" olmalı olduğunu xatırladıb.

"Onlar yaxşıların ən yaxşısı olmalı idilər, amma olmadılar. Mən dedim ki, sizin iki köhnə, xarabalığa çevrilmiş təyyarədaşıyan gəminiz var, onları bizə göndərə bilərsinizmi?. Starmer isə "oh, komandamdan soruşmalıyam" dedi. Ona "sən Baş nazirsən, soruşmağa ehtiyac yoxdur" bildirdim. Cavab verdi ki,
xeyr, xeyr, xeyr, bunu komandamdan soruşmalıyam, gələn həftə qərar verəcəyik. Amma müharibə artıq başlayıb. Gələn həftə, bəlkə də üç gündən sonra müharibə bitəcək" - Tramp qeyd edib

ABŞ lideri bu açıqlamaları medianın iştirak etmədiyi nahar zamanı verib. Ağ Ev onları sosial mediada paylaşsa da, sonradan silib.

Qeyd edək ki, nahar zamanı Tramp həmçinin Emmanuel Makronu da lağa qoyub. O, Fransa prezidentinin həyat yoldaşının onunla çox pis davrandığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
1
olaylar.az

2Sources