EN

Azərbaycan Yüksək Liqası: "Milli Aviasiya Akademiyası" və "Gəncə" yarımfinala yüksəliblər

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin növbəti iki matçı baş tutub.

"Report"un məlumatına görə, "Milli Aviasiya Akademiyası" "Abşeron"u 3:1 (25:18, 18:25, 25:19, 25:18) hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

Komandalar arasında ilk matçda da "Milli Aviasiya Akademiyası" rəqibini üstələmişdi - 3:2.

Günün ikinci oyununda "Gəncə" UNEC-lə üz-üzə gəlib. Görüş Gəncə komandasının qələbəsi ilə yekunlaşıb - 3:2 (23:25, 25:22, 25:22, 20:25, 15:9). Komandalar arasında baş tutan ilk dueldə də bölgə təmsilçisi qələbəyə sevinmişdi - 3:2. Beləliklə, növbəti yarımfinalçı "Gəncə" komandası olub.

Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

Xatırladaq ki, daha əvvəl "Turan" və "DH Volley" yarımfinala vəsiqə qazanıb.

Chosen
32
32
far.az

10Sources