AZ

Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.

Azreform.info xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.

Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Azərbaycan yığması turnirin qalibi olub.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

***

"FIFA Series – 2026" beynəlxalq turnirində Azərbaycan - Syerra Leone oyununda hesab açılıb.

Azreform.info xəbər verir ki, matçda ilk qolu qonaqlar vurub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.

***

"FIFA Series – 2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyunu start götürüb.

Azreform.info xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayıb.

Görüşün baş hakimi özbəkistanlı Asker Najafaliyevdir.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

Seçilən
11
17
azreform.info

10Mənbələr