BAKI, 3 aprel. TELEQRAF
Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Tofiq Bəhramov” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim Rauf Cabarovun idarə etdiyi görüşdə qolları Kadi Borges (29, 60) və Umarali Raxmonaliyev (23, 65 – pen.) vurublar.
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması aprelin 22-də “Bank Respublika Arena”da keçiriləcək.