EN

BƏƏ də Habşan qaz strukturuna hücum olub, ölən var

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qahirə, 3 aprel, AZƏRTAC

BƏƏ-də Habşan qaz strukturuna səmada zərərsizləşdirilmiş raketin qəlpələrinin düşməsi nəticəsində bir nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı yanğın baş verib.

AZƏRTAC “Əbu Dabi Media Bürosu”na istinadla xəbər verir ki, həlak olan şəxs Misir vətəndaşı olub. Yaralananlardan ikisi Pakistan, digərləri isə Misir vətəndaşlarıdır.

Qeyd olunur ki, struktura böyük ziyan dəyib. Hadisədən sonra orada işlər dayandırılıb. Dəymiş zərər qiymətləndirilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
5
azertag.az

7Sources