Minifutbol üzrə Azərbaycan çempionatının qalibi məlum olub.
QOL.az xəbər verir ki, finalda "Zirə" "Birbaşa Bakı" ilə üz-üzə gəlib. Görüşdə "Zirə" 4:1 hesablı qələbə qazanıb və çempion olub.
3-cü yeri isə "Sumqayıt"ı üstələyən "Aznur" tutub.
Qeyd edək ki, ötən mövsümün qalibi məhz “Birbaşa Bakı” idi.