EN

Nəriman Axundzadə Amerikada nə edir?

"Qarabağ"ın keçmiş oyunçusu Nəriman Axundzadə hazırda ABŞ təmsilçisi "Kolumbus Kru” klubunun şərəfini qoruyur. Metbuat.az xəbər verir ki, 21 yaşlı futbolçunun MLS klubu ilə 2029-cu ilin iyununa kimi müqaviləsi var. Təmsilçimiz "Kolumbus Krunun heyətində 1 oyuna çıxıb. O, hələ qol vurmayıb.

Nəriman Axundzadənin "Kolumbus Kru” klubuna keçməsi Azərbaycan futbolunda xüsusi hadisə kimi qiymətləndirilir. Çünki o, ölkəmizi MLS də təmsil edən ilk oyunçudur. Qeyd Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan futbolçu Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

Chosen
40
40
metbuat.az

10Sources