EN

Türkiyə 3 dənizdə təlimə başladı

Türkiyə Qara, Egey və Aralıq dənizlərində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Manevrlərdə Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsinin qüvvələri, ümumilikdə 120 gəmi və 50 təyyarə iştirak edir.

Manevrlərin məqsədi silahlı qüvvələrin müxtəlif qolları arasında koordinasiyanı və döyüş hazırlığını artırmaqdır. Təlimlər 9 aprelə qədər davam edəcək.

Chosen
7
1
unikal.az

2Sources