EN

Yasamalda olan qanlı göl abadlaşıb belə olacaq VİDEO

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

Qanlı göl abadlaşdırılacaq. Yeni layihə əsasında özünün yeni görkəminə qovuşacaq.AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda yerləşən Qanlı göl adlı su hövzəsinin ətrafında yeni müasir tipli park, bulvar kompleksi salınacaq, göl ətrafı müasir şəhər parkı konsepsiyası üzrə yenidən təşkil ediləcək. Bu barədə "Xəzər Xəbər”ə layihəni icra edən şirkətdən məlumat verilib.Qeyd edək ki, son illər görülən tədbirlər nəticəsində ərazidə geniş təmizləmə işləri aparılıb. Xüsusi texnikalar vasitəsilə tullantılar ərazidən kənarlaşdırılıb, suyun çirklənmə mənbələrinin qarşısı alınıb. Gölün ekoloji vəziyyəti yaxşılaşdırılıb.Sakinlər deyir ki, biz çoxdandır bu xəbəri gözləyirdilər.

Layihəyə əsasən, ərazidə geniş yaşıllaşdırma işləri aparılacaq, sahil xətti möhkəmləndiriləcək, müasir suvarma sistemi qurulacaq. Layihənin məqsədi Qanlı göl ətrafını təhlükəsiz, əlçatan, funksional və ekoloji baxımdan dayanıqlı ictimai məkana çevirməkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
50
azxeber.com

10Sources