EN

Azərbaycan XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb

Azərbaycan minaların ağır humanitar fəsadlarının aradan qaldırılmasına sadiq olduğunu bir daha təsdiqləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Günü ilə bağlı "X" sosial media hesabında etdiyi paylaşımda bildirilib.

"Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqda, yenidənqurma işlərinə mane olmaqda və köçkünlərin təhlükəsiz qayıdışına əngəl törətməkdə davam edir", - paylaşımda qeyd olunub.

Vurğulanıb ki, Azərbaycan mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələr sırasında qalmaqdadır.

"Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə səylərinə və mina qurbanlarına göstərilən yardıma dəstəyi gücləndirməyə çağırırıq. Minasız gələcək davamlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün zəruridir", - XİN-dən bildirilib.

Chosen
48
3
ikisahil.az

4Sources