EN

Ukraynaya rus dron hücumu: 11 yaralı, o cümlədən 15 yaşlı yeniyetmə

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

4 aprel gecəsi Rusiyanın hücum dronları Ukraynanın Sum şəhərində 16 mərtəbəli binaya və fərdi yaşayış sektoruna zərbə endirib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin son məlumatına görə, yaralananların sayı 11-ə çatıb.

“Gecə yarısından sonra düşmən vilayət mərkəzinə hücum edən dronlarla zərbə endirdi. İlkin məlumata görə, 11 nəfər yaralanıb, onların arasında 15 yaşlı uşaq da var”, – deyə məlumatda bildirilir.

Əvvəl Dövlət Fövqəladə Hallar Xidməti 7 yaralı barədə məlumat vermişdi. Bildirilir ki, yanğın baş verən çoxmərtəbəli binanın sakinləri operativ şəkildə təxliyə edilib. Yanğınsöndürənlər texnika köməyi ilə üst mərtəbələrdəki yanğını söndürüb.

Sum şəhər hərbi administrasiyasının rəhbəri Sergey Krivoşenko qeyd edib ki, gecə düşmən hücumu nəticəsində Sum mərkəzində 16 mərtəbəli binanın 13-cü mərtəbəsinə dron düşüb.

Bundan başqa, Kiyevdə düşmən dronunun Darnitsa rayonunda düşməsi hadisəsi qeydə alınıb. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko: “Darnitsa rayonunda hücumun nəticələrini qeydə alırıq – qeyri-yaşayış binasının damında yanğın olub. Yaralılar barədə məlumat dəqiqləşdirilir”, - deyə bildirib

Dünən səhər də ruslar Ukraynaya zərbələr endirib. Səmada Rusiya strategiya bombardmançıları "Tu-95" və "Tu-160"ın uçduğu, yüzlərlə dronun hərəkət etdiyi qeydə alınıb.

Hava Qüvvələrinin məlumatına görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri düşmənin 541 hava hədəfini – 26 raket və müxtəlif tipli 515 dronu vurub və ya neytrallaşdırıb.

Zərbələr Kiyev vilayətinin bir neçə şəhərində qeydə alınıb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
50
50
icma.az

10Sources