EN

Ronaldo qayıtdı, 2 qol vurdu

style='margin-bottom:10px;'>

"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasının 27-ci turunda "Əl-Nəcmə" ilə qarşılaşıb.

QOL.az xəbər verir ki, oyun "Əl-Əvvəl Park" stadionunda (Ər-Riyad, Səudiyyə Ərəbistanı) keçirilib. Matçda "Əl-Nəsr" 5:2 hesablı qələbə qazanıb. 

Sözügedən komandanın kapitanı, zədəsini yeni sağaldan Kriştiano Ronaldo görüşdə dubl edib. Bu, 41 yaşlı hücumçunun karyerasında 966-cı və 967-ci qolları olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında 27 oyundan sonra "Əl-Nəsr" 70 xalla turnir cədvəlinə liderlik edir. "Əl-Nəcmə" isə 8 xalla sonuncu - 18-ci yerdədir.

"Əl-Nəsr" - "Əl-Nəcmə" - 5:2

Qollar: Əl-Həmdan, 45+8, Mane, 45+9, 90+5, Ronaldo, 56, 73 - Əl-Tulayxi, 44, Kardoso, 47

Chosen
55
18
teleqraf.com

10Sources