AZ

Ronaldo sağaldı və dubl etdi - Səudiyyə Ərəbistanında

“Əl-Nəsr”in ulduzu Kriştianu Ronaldo zədəsini sağaltdıqdan sonra ilk oyunda dubl edib.

Sportinfo.az xəbər verir ki, o, bunu Səudiyyə Ərəbistanı Pro Liqasının 27-ci turunda “Əl-Nəcmə” ilə qarşılaşmada bacarıb.

Belə ki, komandanın kapitanı 56-cı və 73-cü dəqiqələrdə qol vurub.

Bu, 41 yaşlı hücumçunun karyerasında 966-cı və 967-ci qolları olub. Matç isə “Əl-Nəsr”in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Səudiyyə Ərəbistanı çempionatında 27 oyundan sonra "Əl-Nəsr" 70 xalla turnir cədvəlinə liderlik edir. "Əl-Nəcmə" isə 8 xalla sonuncu - 18-ci yerdədir.

"Əl-Nəsr" - "Əl-Nəcmə" - 5:2

Qollar: Əl-Həmdan, 45+8, Mane, 45+9, 90+5, Ronaldo, 56, 73 - Əl-Tulayxi, 44, Kardoso, 47

Seçilən
29
18
sportinfo.az

10Mənbələr