Xəzər dənizində zəlzələ baş verib. Bu barədə 1news.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, Quba stansiyasından 69 km şimal-şərqdə yerli vaxtla saat 06:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.