Pentaqon İranın zərbələri səbəbindən Yaxın Şərqdəki bir neçə Amerika bazasından ABŞ qoşunlarının əlavə təxliyəsini həyata keçirib.
News365.az xÉ™bÉ™r verir ki, mÉ™lumatı Milli İctimai Radio (NPR) yayıb.Â
"İran Bəhreyndəki bazaya raket və dronlarla zərbə endirdikdən sonra yüzlərlə dənizçi ABŞ-yə təxliyə edilib", - məlumatda bildirilir.
Məqalədə "bölgədəki digər Amerika bazalarından da təxliyələrin aparıldığı" bildirilib, lakin təfərrüatlar verilməyib.
Nəşr ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı olan Bəhreyndəki bazadan təxminən 1500 Amerika hərbçisi və onların ailələrinin təxliyə edildiyini bildirib. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından əvvəl bu bazada təxminən 8000 nəfər xidmət edib.